5,7 bal gücündə zəlzələ oldu

24 Sentyabr 2017 09:20 (UTC+04:00)

Filippində 5,7 bal gücündə zəlzələ olub.

Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Bildirilir ki, zəlzələnin episentri Budta şəhərindən 80 kilometr şimal-şərqdə yerləşib.
Hələlik tələfat və ya dağıntılar barədə məlumat verilmir.

Qeyd edək ki, daha əvvəl Meksikada da 5,5 bal gücündə növbəti zəlzələnin olması barədə xəbər verilib./report/