Qatar minik avtomobilini vurdu - ÖZƏL VİDEO

30 İyul 2014 11:07 (UTC+04:00)

Dəmir yol keçidində qatar minik avtomobilini vurub.

Teleqraf.com-un Qarabağ bölgəsi üzrə əməkdaşının verdiyi məlumata görə, hadisə iyulun 29-u axşam saatlarında baş verib. Belə ki, Köçərli-Bakı sərnişin qatarı Bakı istiqamətində hərəkət edərkən, rayonun Həsənqaya kəndi ərazisində dəmiryolunu keçəmək istəyən DAEVOO ESPERO markalı az 10 UC 622 dövlət nömrə nişanlı avtomobili vurub. Zərbənin təsirindən avtomobil keçidin yanındakı gecə işıqlandırma dirəyinə çırpılıb. Qəzadan sonra minik avtomobili tamamilə yararsız hala düşüb. Avtomobildə olan sərnişinlərdən biri yüngül xəsarət alıb.

Faktla bağlı dəmiryol polisinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Daşqın