Göyçay sakinin meyiti tapıldı

30 İyul 2014 12:33 (UTC+04:00)

Göyçay rayonununda kanalda batan şəxsin meyiti tapılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, “Şirvan” su kanalının Hacalıkənd kəndi ərazisindən keçən hissəsində kənd sakini Vüsal Şıxalıyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov