CHP Ərdoğana qarşı sənədləri yaymağa başladı – Video

1 Dekabr 2017 13:17 (UTC+04:00)

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sözçüsü Bülənd Tezcan Prezident Rəcəb Tayyib Ərdoğana qarşı səsləndirilən iddialarla bağlı iddialı sənədləri ictimaiyyətə göstərib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, sübutlar bir neçə gün öncə partiya sədri Kamal Kılıcdaroğlu tərəfindən CHP-nin qrup toplantısında açıqlanmışdı.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası sübutları yalan adlandırmış və buna görə Kılıcdaroğlunun məhkəmə qarşısında cavab verəcəyini bildirmişdi.