ABŞ: Müharibə günü-gündən yaxınlaşır

3 Dekabr 2017 19:43 (UTC+04:00)

Şimali Koreya ilə müharibə günü-gündən yaxınlaşır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Herbert Makmaster deyib.

O bildirib ki, Kim Çen İn rejimi ABŞ və dünya üçün böyük təhlükədir. Makmaster qeyd edib ki, Şimali Koreya nüvə sınaqları ilə dünyada legitimliyini sübut etməyə çalışır.