Jurnalistə yeni vəzifə verildi

4 Dekabr 2017 16:59 (UTC+04:00)

Tanınmış jurnalist, Azərbaycanın yeganə fransızdilli "Le Carrefour" qəzetinin baş redaktoru Zeynab Kazımova Xalça Muzeyinin mətbuat xidməinin rəhbəri təyin olunub.

Teleqraf.com-a məlumatına görə, o bu gün yeni vəzifsiənin icrasına başlayıb: “Mən jurnalist fəaliyyətinə sosial mövzularla başlamışam. İctimaiyyətlə əlaqələr sahəsində isə fəaliyyətim əsasən təhsillə bağlı olub. Bununla yanaşı, Azərbaycanda xaricidilli medianın inkişafı, ölkəmizin təbliği, beynəlxalq arenada təbliğatı ilə də məşğul olmuşam”.

Zeynəb Kazımova bildirib ki, Xalça Muzeyinin də məqsəd və vəzifələrindən biri Azərbaycanın mədəni irsinin qorunub saxlanması, nümayiş etdirilməsi, təbliğ olunması və bu mədəni irsimizi bütün dünyaya çatdırmaqdır.

Xatırladaq ki, Zeynab Kazımova bundan əvvəl Bakı Ali Neft Məktəbində və Azərbaycan Dillər Universitetində mətbuat katibi işləyib.