Suraxanı mağazasında satıcı qarət edildi

4 Dekabr 2017 21:57 (UTC+04:00)

Bakının Suraxanı rayonu ərazisindəki mağazalardan birində soyğunçuluq baş verib.

Teleqraf.com xəbər verir ki, naməlum şəxs satıcı, Bakı şəhər sakini Sevil Əbdülrəhmanovanın mobil telefonunu soyğunçuluq yolu ilə aparıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ramil Quliyev saxlanılıb.