Lavrov: "Biz heç vaxt Zuyevlə bağlı Bakıdan..."

8 Dekabr 2017 15:35 (UTC+04:00)

Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə kollektiv işi davam etdirəcək.

Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Vyanda keçirilən mətbuat konfransında deyib.

Nazir deyib: “Hər bir münaqişədə hazırda prioritetin nələr olduğunu başa düşmək lazımdır. Eyni zamanda ümumi yanaşmaları müəyyən etmək gərəkdir. Bunların arasında ilk növbədə münaqişə tərəfləri arasında birbaşa dialoq yer alır ki, bu da Dağlıq Qarabağ münaqişəsinin həllində mövcuddur. Amma təəssüf ki, bu hələlik ciddi irəliləyiş göstərmir. Amma bu il dialoqun prezidentlər və XİN rəhbərləri səviyyəsində baş tutması, fikrimizcə, müsbət haldır”.

S.Lavrov bildirib ki, Rusiya ATƏT Minsk Qrupunun həmsədrləri ilə kollektiv işini davam etdirəcək:

“Kollektiv yanaşma tərəflərin qəbul etdiyi, amma praktik addımlara yönləndirilməmiş nizamlama prinsiplərini əks etdirir. Bu, sadə iş deyil, amma biz bununla məşğul olmağı davam etdiririk”.

"Biz heç vaxt Georgi Zuyevin Rusiyanın Azərbaycanda səfir kimi təyinatına rəsmi Bakıdan aqreman almamışıq" - nazir qeyd edib.