Azərbaycan Xorvatiyaya səfir, Cibutiyə konsul təyin etdi

8 Dekabr 2017 18:46 (UTC+04:00)

Prezident İlham Əliyev Fəxrəddin İsa oğlu Qurbanovun Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

***

Prezident İlham Əliyev Nazlı Abdulla Məhəmmədin Azərbaycan Respublikasının Cibuti Respublikasında fəxri konsulu təyin edilməsi haqqında sərəncam imzalayıb.

Xarici İşlər Nazirliyinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.