ABŞ Rusiyanı təhdid etdi: Silaha əl atarıq

9 Dekabr 2017 15:38 (UTC+04:00)

Rusiyanın yaxın və ortamənzilli raketlərdən imtina ilə bağlı əldə olunmuş razılaşmanı pozması ABŞ Dövlət Departamentini qəzəbləndirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Dövlət Departamenti bəyanat yayıb.

Bəyanatda Moskvandan bu kimi addımlara son verməsi tələb edilib.

Bildirilib ki, əgər 1987-ci ildə əldə edilmiş razılaşmaya əməl olunmasa, iqtisadi sanksiyalarla yanaşı, hərbi müdaxilə də qaçılmazdır.