Bakıda qudalar arasında dava: ata-oğul gülləndi

11 Dekabr 2017 10:17 (UTC+04:00)

Bakının Sabunçu rayonunda silahlı insident baş verib.

Teleqraf.com xəbər verir ki, Ramana qəsəbəsində Bakı şəhər sakini Vüsal Tanrıverdiyev yeznəsi Anar Rəsulov və onun atası Vaqif Rəsulovu güllələyib.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Hadisə ailə münaqişəsi zəminində baş verib.

Vüsal Tanriverdiyev həbs edilib. Faktla bağlı cinayət işi başlanıb.