ABŞ Koreyanın qarşısını ala bilərdi: 10 il əvvəl

11 Dekabr 2017 13:09 (UTC+04:00)

ABŞ kəşfiyyatı on il əvvəl Şimali Koreyanın bioloji silah hazırlaması ilə bağlı gizlə sənədləri Konqresə təqdim edib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı “Vaşinqton Post” nəşri amerikalı nümayəndəyə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, 2006-cı ildə Şimali Koreyanın ilk raket sınağından 5 ay əvvəl hesabat hazırlanıb. Həmin vaxt KXDR-in alimlərdən ibarət qrupa xüsusi tapşırıq verildiyi bildirilmişdi.

Ancaq Vaşinqton bunun qarşısının alınması üçün heç bir addım atmamışdı.

Nəşrin yayımladığı materialda bildirilib ki, hazırda KXDR mikrob istehsal edən fabriklərdən və modifikasiya ilə məşğul olan laboratoriyalardan bioloji silahların hazırlanmasına lazım olan zəruri mexanizmlərin əldə olunması üçün istifadə edir. Bundan başqa, Şimali Koreya yerli alimləri təcrübə qazanmaq üçün əcnəbi ölkələrə göndərir.