İrandan Səudiyyəyə iki - Ağır şərt

11 Dekabr 2017 13:55 (UTC+04:00)

İranın Səudiyyə Ərəbistanı ilə heç bir problem yoxdur.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani parlamentdəki çıxışı zamanı deyib.

O bildirib ki, Tehran ər-Riyad ilə yaxşı münasibətlər qura bilər:

“Bunun üçün Səudiyyə ilə 2 məsələyə son qoymalıyıq. Birincisi sionistlərlə yanlış dostluğunu bitirsin, ikincisi isə Yəməndəki insanlıqdan kənar hərəkətlərinə son versin. Bu halda onlarla yaxşı münasibətlər qurmağa hazırıq. Ancaq birinci onlar bu şərtlərə əməl etməlidirlər”.