"Nissan" 24 mindən çox avtomobili geri çağırdı

12 Dekabr 2017 01:10 (UTC+04:00)

"Nissan" şirkəti Rusiyada 24 mindən çox avtomobili geri çağırıb.

Teleqraf.com xəbər verir ki, qərar avtomobillərdəki naqillərdə qeydə alınan texniki qüsurlar və təhlükəsizlik yastıqlarının düzgün işləməməsi ilə bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2015-ci ilin sentyabrından 2016-cı ilin iyulunadək satılmış "Qashqai" və 2005-ci ilin avqust ayından 2007-ci ilin yanvarınadək satılmış digər modellərə şamil olunur.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.