Putin sabah jurnalistlər qarşısına çıxacaq

13 Dekabr 2017 17:09 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putinin sabah ənənəvi illik mətbuat konfransı keçiriləcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Putinin sözçüsü Dmitri Peksov məlumat verib.

O bildirib ki, mətbuat konfransında kifayət qədər məsələlər gündəmə gələcək.