Sabah MM-in iclasıdır: Seçki Məcəlləsi dəyişir

14 Dekabr 2017 21:08 (UTC+04:00)

Sabah Milli Məclisin növbəti iclası keçiriləcək.

Teleqraf.com Milli Məclisin internet resursuna istinadla xəbər verir ki, iclasda 39 məsələ müzakirə oluncaq.

"Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş), "Azərbaycan Respublikasının Hesablama Palatası haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə, Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə, Mülki Məcəllədə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə, "Heyvanlar aləmi haqqında", "Polis haqqında" qanunlarda dəyişiklik edilməsi barədə məsələlər gündəliyə daxildir.