Spikerdən deputatlara irad: "Çətin məsələdir?"

15 Dekabr 2017 18:45 (UTC+04:00)

Oqtay Əsədov deputatları iclası salonuna gəlməsini tələb edib

Milli Məclisdə “Torpaqların münbitliyi haqqında” qanun layihəsi müzakirə edilib.

Teleqraf.com xəbər verir ki, layihə səsə qoyularkən spiker Oqtay Əsədov deputatların bir qisminin iclas salonunda olmadığına irad bildirib:

“Şakir müəllim, onları iclas zalına dəvət edin. 96 nəfər adam var, hər kəs öz yerinə səs verməlidir. Çətin məsələdir?”

Spikerin iradından sonra səsvermə keçirilib və qanun layihəsi qəbul edilib.