Əfqanıstanda İŞİD əməliyyatı: 26 ölü, 30 yaralı

16 Dekabr 2017 15:13 (UTC+04:00)

Əfqanıstanda İŞİD-in 26 üzvü öldürülüb.

Teleqraf.com xəbər verir ki, Nangarhar vilayətində keçirilən hərbi əməliyyatlarda 26 terrorçu məhv edilib.

Verilən açıqlamada qeyd edilib k, əməliyyat zamanı 30 İŞİD üzvü də yaralanıb. Əməliyyat nəticəsində 5 kənd terrorçulardan təmizlənib.