Droqba imicini dəyişdi - Foto

18 Dekabr 2017 00:55 (UTC+04:00)

“Çelsi”nin sabiq futbolçusu Didye Droqba imicini dəyişib.

Teleqraf.com xəbər verir ki, saçını keçəl qırxdıran Droqba yeni şəklini “instagram”da paylaşıb və belə yazıb:

“15 dekabr 2000-ci il yeni başlanğıc idi. 2017-ci ilin 15 dekabrı da mənim yeni doğum günümdü”.

2000-ci il dekabrın 15-də Droqbanın oğlu İsaak dünyaya gəlib. Bu ilin eyni günündə isə Droqba Fransa çempionatı ilə müqavilə bağlayıb. O, Liqa 1-in səfiri olub.

39 yaşlı Droqba bu ilin aprel ayından ABŞ-ın “Finiks” klubunda çıxış edir. Yayda isə o, klubun sahibi olub.