Kremldən Bağdadinin saxlanılmasına – Reaksiya

18 Dekabr 2017 16:04 (UTC+04:00)

Rusiyada İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin ABŞ-ın Suriyadakı avoabazasında saxlanmasına ilə bağlı heç bir məlumat yoxdur.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, Türkiyə tərəfinin hansı sübutlar təqdim edəcəyindən xəbərsizdir.

Qeyd edək ki, Türkiyənin “Yeni Şəfəq” qəzeti Bağdadinin 7 döyüşçü ilə birlikdə baza yaxınlığında ələ keçdiyi ilə bağlı məlumat yaymışdı.