Təcili yardım maşınlarının gecikməsinə çarə tapıldı

21 Dekabr 2017 10:47 (UTC+04:00)

Türkiyədə tibbi xidmətin səviyyəsinin ölçülməsi üçün bütün təcili yardım avtomobilləri kameralarla təchiz ediləcək.

Həmçinin təcili tibbi yardım avtomobillərinin bir-biri ilə əlaqə yarada bilməsi məqsədilə sistem qurulacaq ki, bununla da tıxaclar zamanı yubanmanın qarşısı alınacaq.

Bundan başqa, təcili tibbi yardım xidmətinin artırılması məqsədilə ölkə ərazisində bütün poliklinikalar 23:00-dək fəaliyyət göstərəcək./Trend/