FHN vağzaldakı olay barədə açıqlama yaydı

21 Dekabr 2017 22:31 (UTC+04:00)

Bakı Dəmir Yolu Vağzalının ərazisində yerləşən kafelərdən birində partlayıcı qurğu yerləşdirilməsi ilə əlaqədar keçirilən əməliyyat başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata əsasən, FHN-nin və digər aidiyyəti dövlət qurumlarının keçirdiyi birgə əməliyyat nəticəsində, xüsusi təlim keçmiş itlər tətbiq olunmaqla, təxminən 10 000 kv.m sahəyə vizual baxış keçirilib, heç bir partlayıcı qurğu və şübhəli əşya aşkar edilməyib.