Ərdoğandan Putinə təşəkkür zəngi

22 Dekabr 2017 15:18 (UTC+04:00)

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında telefon danışığı olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Ərdoğan BMT Təhlükəsizlik Şurasında və Baş Assambleyasında müzakirələr zamanı Qüdslə bağlı qətnaməni dəstəklədiyinə görə Rusiyaya təşəkkür edib.

Putin də öz növbəsində Baş Assambleyada qəbul olunan Qüds qətnaməsindən məmnunluğunu ifadə edib.