Rusiya İrəvana verdiyi silahı Suriyada sınadı

22 Dekabr 2017 17:08 (UTC+04:00)

Rusiya “İsgəndər” raket kompleksini Suriyada sınaqdan keçirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə naziri Sergey Şoyqu məlumat verib:

“Sınaq uğurla başa çatıb. Kompleks İŞİD terrorçularının məhvində xüsusi rol oynayıb. Bundan başqa “Kalibr”, “Toçka U” və “X-55” raketləri sınaqdan keçirilib”.

Qeyd edək ki, Rusiyanın “İsgəndər” operativ-taktiki raket kompleksi ilə təchiz etdiyi yeganə ölkə Ermənistandır.