Türkiyə ilə Almaniya arasında sular durulur

23 Dekabr 2017 16:57 (UTC+04:00)

Almaniya son vaxtlar Türkiyənin atdığı müsbət addımlara cavab verməlidir.

Teleqraf.com xəbər verir ki, bununla bağlı “Cənubi Almaniya” qəzetinə müsahibə verən Almaniya Xarici İşlər naziri Siqmar Qabriyel danışıb.

Onun sözlərinə görə, Türkiyə son günlər ölkədə həbsdə olan alman vətəndaşlarını ard-arda azadlığa buraxır və Almaniya buna cavab olaraq, Türkiyədə axtarışda olan Fətullahçı terror təşkilatının üzvlərini yaxalayıb:

“Bunun davam etməsi çox vacibdir. Bu məsələ iki ölkə arasında əlaqələrin yaxşılaşmasına səbəb olacaq”.