Spiker yanlış salam verdi - Foto

25 Dekabr 2017 00:48 (UTC+04:00)

Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman İslamabadda keçirilən “Terrorla Mübarizə və Regional Əlaqələr” adlı toplantıda Çin nümayəndə heyətini Taylandsayağı salamlaması tədbir iştirakçılarının gülüşünə səbəb olub.

Teleqraf.com xəbər verir ki, sözügedən toplantıya Pakistan, Rusiya, Əfqanıstan, İran və Çin nümayəndələri qatılıb.

TBMM sədri toplantı çərçivəsində Çin Milli Xalq Konqresinin Daimi Komitəsinin sədr müavini Zhanq Hinq ilə görüşüb. Əksər insanlar kimi spiker də oxşar sifət cizgilərinə məxsus asiyalıların bir-birinə "vai" salamı verdiyini düşünüb. Bu üzdən İsmayıl Qəhrəman çinli nümayəndə heyətini taylandlılara məxsus “vai” tərzində salamlayıb. Qəhrəmanın bu davranışı iclasda iştirak edənləri güldürüb.

TBMM sədri çıxışında terrorun tarix boyu dövlətlər üçün ciddi təhdid, küçədəki insanlar üçün qorxu mənbəyi olduğunu deyib. O, terrora qarşı səmimi şəkildə beynəlxalq işbirliyinin vacibliyini qeyd edib.