Prezident 562 nəfəri işdən azad etdi

27 Dekabr 2017 14:19 (UTC+04:00)

Özbəkistan prezidenti Şavkat Mirziyoyev ölkəsinin maliyyə sisteminin 562 əməkdaşını işdən azad edib.

Bu məlumatı Özbəkistanın Maliyyə Nazirliyi yayıb.

“Dekabrın 22-dən bu günədək dövlət maliyyə müəssisələrindən, o cümlədən Maliyyə Nazirliyi, xəzinədarlıq və Pensiya Fondundan 562 əməkdaşı işdən azad edilib”, - deyə nazirlik bildirib.

Bir neçə gün əvvəl Şavkat Mirziyoyev maliyyə sistemini son 10-15 ildə səmərsiz fəaliyyətinə görə tənqid etmişdi./Report/