Gömrükdə qızıl-zinət əşyaları tutuldu

27 Dekabr 2017 15:28 (UTC+04:00)

Xaçmaz Gömrük İdarəsinin Xanoba gömrük postunda Rusiya istiqamətində gedən Azərbaycan vətəndaşının idarə etdiyi "Ford Transit" markalı, 99-GT-210 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı, həmin nəqliyyat vasitəsində sürücü oturacağının arxa hissəsində asılmış gödəkçənin cibində gömrük nəzarətinə bəyan olunmayan bir ədəd bağlamada, ümumi çəkisi 181,12 qram olan zərgərlik məmulatı - 9 ədəd sırğa cütü və üzük dəsti, 6 ədəd üzük və 2 ədəd sırğa tayı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.