Sərnişin avtobusu aşdı: 42 yaralı

4 Avqust 2014 00:39 (UTC+04:00)

Ankaranın Ayaş mahalında “06 NAZ 48” dövlət nömrə nişanlı sərnişin avtobusu qəza törədib.

Avtobusun yağış üzündən aşması nəticəsində 5-i ağır olmaqla 42 adam yaralanıb.

Yaralılar Ayaş dövlət xəstəxanasına aparılıb. Vəziyyəti ağır olan 2-si uşaq olmaqla 5 adam ilkin tibbi yardımdan sonra Ankaradakı xəstəxanaya göndərilib./axar/