Ərdoğan dünyanı 4 dəfə dövrə vurdu

29 Dekabr 2017 13:47 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2017-ci ildə həyata keçirdiyi səyahətlər zamanı 144 min kilometr yol qət edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu isə Ərdoğanın Yer kürəsini 4 dəfə dövrə vurması anlamına gəlir.

Türkiyə prezidenti bu il 2 dəfə ABŞ-a səfər edib. O, həmçinin Yunanıstana tarixi səfərini gerçəkləşdirib.