Qeyri-adi: Dəfn edildikdən 7 ay sonra evə qayıtdı

30 Dekabr 2017 23:39 (UTC+04:00)

Tailandada qeyri-adi hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, Tailandda ailəsindən ayrılaraq tək yaşayan Sakron Saşeva adlı şəxsin öldüyü məlum olub. Mərhumun cəsədi yandırılaraq dəfn edilib.

Hadisədən 7 ay sonra Sakron Saşev ortaya çıxaraq hamını təəccübləndirib.

Araşdırma zamanı məlum olub ki, tapılmış cəsəd tanınmaz halda imiş. Onun Sakron Saşevaya aid olduğu üzərindən çıxan şəxsiyyət vəsiqəsinə əsasən təyin edilibmiş.

7 ay sonra sağ-salamat ortaya çıxan Sakron Saşev isə bildirib ki, onun şəxsiyyət vəsiqəsi xeyli əvvəl oğurlanıb. Belə məlum olub ki, ölən şəxs Sakron Saşevanın şəxsiyyət vəsiqəsini oğurlayan adamdır.