Dəhşətli avtobus qəzası: 34 ölü, 22 yaralı - Foto

31 Dekabr 2017 17:38 (UTC+04:00)

Sərnişin avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində 34 nəfər həlak olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Keniyanın Miqaa bölgəsində baş verib.

Qəza zamanı 22 nəfər xəsarət alaaq, xəstəxanalara yerləşdirilib. Ölənlərdən 3-nün azyaşlı olduğu bildirilib.

Qəzanın səbəbləri məlum deyil.