Azərbaycan nefti bahalaşdı

2 Fevral 2018 01:56 (UTC+04:00)

Azərbaycan neftinin qiyməti yanvarın 31-də 70,33 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,03 dollar/barel çoxdur.

Teleqraf.com xəbər verir ki, Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 31-də 69,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,05 dollar/barel çoxdur.