Qarabağda erməni əsgəri öldü

9 Fevral 2018 11:38 (UTC+04:00)

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində Ermənistan Silahlı Qüvvələrinin əsgəri ölüb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 1999-cu il təvəllüdlü Ayk Akopyan meninqokoksemiyanın kəskin formasından əziyyət çəkdiyi üçün Xankəndi xəstəxanasına aparılıb.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.