Rusiyada azərbaycanlı ailədə faciə: Yanaraq öldülər - Foto/Video

13 Fevral 2018 00:45 (UTC+04:00)

Fevralın 12-də Rusiyanın Orenburq şəhəri, Salmışskaya küçəsi, ev 58/1-də yanğın olub.

Teleqraf.com xəbər verir ki, yanğın zamanı həmin ünvanda yaşayan azərbaycanlı ailənin 4 üzvü ölüb. Onlardan 2-i azyaşlıdır.

Yanğın zamanı daha 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 4-ü yetkinlik yaşına çatmayanlardır.

Ölənlərdən ikisinin adı məlumdur. Bunlar Namiq Quliyev və onun azyaşlı qızı Leyladır.