ABŞ-dan PYD etirafı - Afrinə getdilər

13 Fevral 2018 21:45 (UTC+04:00)

Küveytdə səfərdə olan ABŞ xarici işlər naziri Reks Tillerson növbəti dəfə Türkiyənun Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatını tənqid edib.

Teleqraf.com xəbər verir ki, Tillerson "Zeytun budağı" əməliyyatının ABŞ İŞİD-ə qarşı mübarizəsinə mənfi təsir göstərdiyini bildirib.

"Zeytun budağı" əməliyyatı başlayandan sonra Sərhəd Təhlükəsizliyi Xidmətindəki birliklər Afrinə getdilər", deyə Tillerson bildirib.