Qəzaya düşən türk təyyarəsi ilə bağlı şok ittiham – İrandan cavab

13 Mart 2018 14:08 (UTC+04:00)

Fevralın 11-də İranda qəzaya uğrayan Türkiyə təyyarəsi ilə bağlı şok iddia ortaya çıxıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, iddiaya görə, təyyarənin pilotları təcili eniş üçün İran tərəfindən icazə istəyib, lakin Tehran buna razı olmayıb.

İran Hava Yolları məsələ ilə bağlı açıqlama verərək, iddianı yalanlayıb. Açıqlamada təyyarənin bir müddət sürətlə enişə getdiyi, sonra radarlardan itdiyi bildirilib.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərindən İstanbula uçan təyyarə Tehranın cənubunda, Şahrekord şəhəri yaxınlığında qəzaya uğrayıb. Dağlıq əraziyə düşən təyyarə yerə çırpılaraq yanmağa başlayıb. Təyyarədəki 3 heyət üzvü və 8 sərnişin həlak olub. Qəzaya uğrayan təyyarədə "Başaran Holdinq"in rəhbəri Hüseyn Başaranın qızı 28 yaşlı Minə və onun 7 rəfiqəsi olub. Məlumata görə, təyyarənin qəzaya uğramasına mühərrikin alışması səbəb olub.