Gənclər Fonduna yeni icraçı direktor təyin edildi

13 Mart 2018 18:23 (UTC+04:00)

Prezident İlham Əliyev Fərid Cəfərovun Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf.com-un məlumatına görə, sərəncamla Fərid Tahir oğlu Cəfərov Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktoru təyin edilib.