Məktəbliləri daşıyan avtobus dərəyə yuvarlandı

13 Mart 2018 19:24 (UTC+04:00)

ABŞ-ın Alabama ştatında içərisində 52 məktəblinin olduğu turist avtobusu dərəyə yuvarlanıb.

Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

Qeyd olunur ki, avtobus Hyuston şəhərindən məktəbliləri ekskursiyadan gətirirmiş.