Türkiyə hər zaman Azərbaycanın yanındadır

9 Avqust 2014 11:26 (UTC+04:00)

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki son hadisələrə münasibət bildirərək, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirib

Teleqraf.com-un məlumatlına görə, bu barədə Türkiyənin Anadolu agentliyi məlumat verib.

XİN rəhbəri bunu telefon danışığı zamanı azərbaycanlı həmkarı Elmar Məmmədyarova deyib.

Əhməd Davudoğlu onu da qeyd edib ki, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki son hadisələr Ukraynadakı böhranın bölgəyə təsir etməsi ilə əlaqədardır.