Millinin üzvü qolunu hərbi salamla qeyd etdi - FOTO

10 Avqust 2014 15:44 (UTC+04:00)

Topaz Premyer Liqasında 2014/15 mövsümünün ilk qolunun müəllifi Rauf Əliyev olub.

Teleqraf.com Fanat.az-a istinadən bildiri ki , ötən gün startı verilən I turun "Bakı" - "Simurq" matçı təxirə salındığından ilk qol AZAL - "Xəzər Lənkəran" oyununda vurulub.

Əliyev Şüvəlanda baş tutan oyununun 35-ci dəqiqəsində başla gözəl qola imza atıb. Forvard qolunu əsgər salamı ilə bayram edib. Bu hərəkətinə görə futbolçunu bütün azarkeşlər ayaq üstə alqışlayıblar.

Rauf bu hərəkəti ilə cəbhədə şəhid olan əsgərlərimizi yad edib.