Warning: opendir(/home/teleqrafcom/cache/cache_1/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/teleqrafcom/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/teleqrafcom/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/teleqrafcom/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/teleqrafcom/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/teleqrafcom/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/teleqrafcom/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/teleqrafcom/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/teleqrafcom/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/teleqrafcom/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/teleqrafcom/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/teleqrafcom/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/teleqrafcom/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/teleqrafcom/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/teleqrafcom/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/teleqrafcom/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“Dedi, bu, 50 mindir, buna görə adamın əlini kəsərlər” – <span class="red">Səs-küylü cinayət</span>

“Dedi, bu, 50 mindir, buna görə adamın əlini kəsərlər” – Səs-küylü cinayət

16 Aprel 2018 16:58 (UTC+04:00)

Bakıda quldurluqda təqsirli bilinən Anar Əmirov, Natiq Musayev, Bəhruz Hacızadə, Elməddin Musayev və Firdovsi Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxs qismində Elməddin Musayev ifadə verib.

Təqsirləndirilən şəxs bildirib ki, hadisədən öncə quldurluq niyyətindən xəbəri olmayıb. Onun sözlərinə görə, hadisə zamanı telefonları saxlamayıb: “Sadəcə avtovağzalda digər təqsirləndirilən şəxslər telefonlarını dükana verəndə orda olmuşam. Sonra da öz işimin arxasınca getmişəm”.

Elməddin Musayev qeyd edib ki, birlikdə mühakimə olunduğu digər şəxslərin quldurluğa getdiyindən xəbərsiz olub: “Rayonda olanda polis məni bölməyə çağırdı, orda cinayət baş verdiyini dedilər. Bir neçə gün əvvəl də əmimoğlu Natiq mənə saat hədiyyə etmişdi. Müstəntiq həmin saatı göstərdi və dedi ki, bu saatın qiyməti 50 min avrodur, buna görə adamın əlini kəsərlər. Mən saatın oğurluq olduğunu orada bildim. Natiq bu hadisədən əvvəl də mənə alışqan hədiyyə etmişdi”.

Daha sonra məhkəmədə elan edilib ki, zərərçəkən İlhamə Yusifova prosesdə iştirak etmir. Onun nümayəndəsi i bildirib ki, müvəkkili səhhətinə görə Moskvada müalicə alır. Hakim bildirib ki, İlhamə Yusifovanın ölkədən çıxıb-çıxmamasına dair sərhəd xidmətinə sorğu göndəriləcək.

Sonra hakim prosesə gəlməyən digər şahidlər barəsində isə məcburi gətirilmə qərarı çıxarıb.

Növbəti proses aprelin 23-də davam edəcək.

İttihama görə, Firdovsi Əliyev 2 ay müddətinə “Uroloji Mərkəz” klinikasının sahibi, professor Kamal Abdullayevin sürücüsü işləyib. 2017-ci ilin əvvəllərində o, 5 dəfə məhkum olunan Anar Əmirovla görüşüb, professorun çoxlu pulunun, bahalı maşınlarının olduğunu bildirib.

Həmçinin deyib ki, Kamal Abdullayev bu yaxınlarda klinikasını böyük tikinti şirkətlərindən birinin sahibinə satıb və 2 milyon dollar pul alıb.

Anar Əmirov isə Natiq Musayev və onun əmisi oğlu Elməddin Musayevi bu işə cəlb edib. Bir müddət Kamal Abdullayevin iş yerinə və evinə gedərək onu izləyiblər.

Hadisədən bir neçə gün öncə Biləcəri qəsəbəsində görüşərək quldurluq planını müzakirə ediblər. Bu görüşdə Bəhruz Hacızadə də iştirak edib.

Görüşdə verilən qərara əsasən, anten məlumatlarından yerləri bəlli olmaması üçün mobil telefonlarını Bakı Beynəlxalq Avtovağzalında Elməddinə veriblər. O, telefonlarla birgə orada dəstənin digər üzvlərini gözləyib. Həmçinin, onlar Bərdə rayonuna getmək üçün taksi da danışıblar.

Anar Əmirov, Natiq Musayev və Bəhruz Hacızadə isə oradan çıxaraq, Rəsulzadə qəsəbəsində yaşayan Kamal Abdullayevin evinə yollanıb.

Anar hasardan keçərək içəridən darvazanı açıb. Oğruları qarşılayan alman “ovçarka”sını bibər qazı ilə uyudublar. Daha sonra maskalanaraq divarla ikinci mərtəbəyə qalxıb, çöldən pəncərəni açıb içəri giriblər.

Yatmış vəziyyətdə olan Kamal Abdullayev və həyat yoldaşı İlhamə Yusifovanın əllərini plastik xamutla bağlayıb, onları tapança və bıçaqla hədələyiblər.

Dəstə üzvləri ev sahibindən 2 milyon pulun yerini soruşublar, lakin Kamal Abdullayev o qədər pulu olmadığını deyib. Daha sonra onlar evi axtarmağa başlayıblar. Evdən 5 min dollar, 2200 manat, bahalı ətir, kəmər, 1 ədəd “iPhone”, 2 ədəd “Samsung”, 20 min manatlıq “Franck Muller” qızıl saatı, Kamal Abdullayevə məxsus qaz tapançası və suvenir bıçağı götürüblər. Oğruluğa gələnlər ümumilikdə evdən 35 min manatlıq əmlak aparıblar.