Məşhur aktrisanın barmaqları sındı

16 May 2018 16:01 (UTC+04:00)

Məşhur aktrisa Demet Evgarın ayaq barmaqları sınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə aktrisa instaqram səhifəsində məlumat verib.

Aktrisanın sözlərinə görə, diqqətsizlik nəticəsində ayaq barmaqları sınıb. Bu səbəbdən də o, Zorlu Performans Sənətləri Mərkəzində təşkil olunan tədbirə qatıla bilməyəcək.

Qeyd edək ki, Demet Evga Star TV-də yayımlanan “Avlu” serialının baş qəhrəmanıdır.