MTRŞ-də iclas: İki TV-yə yayım hüququ verildi

16 May 2018 16:33 (UTC+04:00)

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

Şuradan Teleqraf.com-a verilən məlumata görə, iclasda “Farrux Teleradio” MMC-nin və “Shakh Telecom” MMC-nin IP TV yayımı üçün lisenziya verilməsi barədə müraciətlərinə baxılıb və onlara kabel şəbəkəsi yayımı (yayım üsulu - internet, IP TV) üçün müddətsiz lisenziya verilib.