Roma Papasından Qəzza açıqlaması: “Bütün əzab çəkənlərin…”

16 May 2018 16:50 (UTC+04:00)

Roma Papası Fransisk Qəzzada baş verən hadisələrə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Vatikanın rəsmi saytı “Vatican News” məlumat yayılıb:

“Yaxın Şərqdə və müqəddəs torpaqlarda gərginliyin artmasından, sülh, dialoq və danışıqlar yolundan getdikcə daha da uzaqlaşdıran şiddətdən olduqca narahatam. Ölən və yaralananlara görə böyük kədər duyuram.

Dualarımla bütün əzab çəkənlərin tərəfindəyəm. Zorakılığın heç vaxt sülhə aparmayacağını bir daha təkrar edirəm”.

Qeyd edək ki, ABŞ-ın səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsi ilə eyni vaxtda Qəzza zolağında fələstinlilər aksiya keçirib. İsrail ordusunun açdığı atəş nəticəsində 61 nəfər ölüb, 3 minə yaxın insan yaralanıb.