Bakı sakini evində cərəyan vurdu

18 Avqust 2014 10:03 (UTC+04:00)

Sabunçu rayonunda bədbəxt hadisə baş verib.

Bu barədə Teleqraf.com-a Sabunçu rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Şirvan İsmayılovu elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov