Cəlilabadda faciə: Ölənlər var

1 Sentyabr 2018 09:01 (UTC+04:00)

Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Məlumata görə, hadisə gecə saatlarında qeydə alınıb.

Belə ki, "VAZ" markalı minik avtomobili maneəyə çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.