Göyçayda baş verən yanğında ər-arvad xəsarət aldı

20 Avqust 2014 13:11 (UTC+04:00)

Göyçay rayonunda yaşayış evində yanğın hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Məlumata görə, Ulaşlı-Şıxlı kənd sakini Faiq Qocayevə məxsus 3 otaqlı evdə yanğın baş verib.

Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanıq xəsarətləri almış F.Qocayevin atası Firudinə və anası Simuzərə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Hacı Zeynalov