Ermənilər mövqelərimizi atəşə tutublar

27 Avqust 2014 09:21 (UTC+04:00)

Ermənilər cəbhə xəttində mövqelərimizi 2 istiqamətdə atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, erməni silahlı bölmələri bu gecə Goranboy rayonunun Tapqaraqoyunlu və Ağdam rayonunun Baş Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.