Tanınmış hind aktyoru vəfat etdi

1 Yanvar 2019 19:31 (UTC+04:00)

Hindistanın tanınmış aktyoru, əslən əfqanıstanlı Qədir Xan 81 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, sənətkar son illərini yaşadığı Kanadanın Toronto şəhərindəki xəstəxanada dünyasını dəyişib.

O, 1970-1990-cı illərdə Bollivudun məşhur simalarından olub. 300-dən artıq filmdə çəkilən aktyor daha çox mənfi surətlər yaradıb, bununla belə, bir çox komediya filmlərində də rol alıb.